Dünyanın ən böyük 10 iqtisadiyyatı pandemiyadan əvvəl və sonra...
ABŞ, Çin, Yaponiya və Almaniya hələ də ilk dördlükdəki mövqelərini saxlayır.Bu il aprelin əvvələrində Beynəlxalq Valyuta Fondunun (BVF) 2021-ci il üzrə birinci dəfə dərc etdiyi Qlobal İqtisadi İcmal hesabatının təhlili analitiklər tərəfindən maraqlı nüanslar üzə çıxarıb.
Marja iqtisadi-maliyyə mənbələrinə istinadən xəbər verir ki, dünyanın ən böyük 10 iqtisadiyyatı siyahısında müəyyən dəyişikliklər baş verib. 2019-cu ildə ABŞ, Çin, Yaponiya, Almaniya, Hindistan, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya və Kanadadan ibarət olan ilk 10-luq ötən ilki pandemiyanın qlobal nəticələri ilə əlaqədar 2020-ci ilin sonuna qismən dəyişib.
Hindistan 2019-cu ildə dünyanın 5-ci ən böyük iqtisadiyyatı titulunu 2020-ci ildə itirərək, 6-cı yerə düşüb. Onu bu siyahıda Böyük Britaniya qabaqlayıb.
Ekspertlər Hindistanın əvvəlki mövqeyini 2023-cü ilə qədər bərpa edə bilməyəcəyini proqnozlaşdırır. BVF 2021-ci ilin martında bitən fiskal ildə Hindistan iqtisadiyyatının ümumilikdə 8% kiçildiyini ehtimal edir. Gələn ilin martında başa çatacaq fiskal il üzrə isə artımın 12,5% olacağı proqnozlaşdırılır. Bununla belə, bəzi iqtisadçılar koronavirus pandemiyasının hələ də iqtisadi artıma ən böyük təhlükə olduğunu qeyd edir. Ötən həftə koronavirusa yoluxma sayına görə Braziliyanı da qabaqlayaraq, dünya ikincisi olan Hindistanda hazırda bu rəqəm 15,6 milyon nəfərə çatıb.
Braziliya 2019-cu ildə dünyanın 9-cu ən böyük iqtisadiyyatı idisə, 2020-ci ilin yekunlarına əsasən mövqeyini xeyli itirərək, 12-ci yerə yuvarlanıb və beləliklə ilk 10-luqdan çıxıb. BVF-nun proqnozları Cənubi Amerikanın ən böyük ölkəsinin 2026-cı ilə qədər ilk 10-luqdan kənarda qalacağını göstərir. Ötən il 4,1% azalan iqtisadiyyatın 2021-ci ildə 3,7% artacağı proqnozlaşdırılır.
Cənubi Koreya Braziliyanın siyahını tərk etməsindən yararlanaraq, ən iri 10 iqtisadiyyat arasına düşə bilib. Analitiklər Asiya nəhənginin 2026-cı ilə qədər bu mövqeyi qoruyub saxlayacağını bildirir. Ötən il daha çevik karantin siyasəti və xüsusilə yarımkeçiri çiplər istehsalında qlobal bazardakı mövqelərini möhkəmləndirməsi sayəsində ölkə iqtisadiyyatı digərlərinə nisbətən az – 1% kiçilib. Ötən həftə Capital Economics analitika şirkətinin iqtisadçıları davam edən pandemiyaya baxmayaraq, Cənubi Koreyanın güclü mövqedə olduğunu turizm və rekreasiya sektorunun zəfiləməsinin isə davam etdiyini bildiriblər. BVF cari ildə iqtisadi artımın 3,6% təşkil edəcəyini proqnozlaşdırır.
Bundan başqa, siyahıdakı digər ölkələrin ötən ilki faktiki və 2021-2022-ci illərdə proqnozlaşdırılan nəticələri belədir:
ABŞ - 2020-ci ildə 3,3% faktiki azalma, 2021-ci ildə 6%, 2022-ci ildə 4,4% artım proqnozu
Çin - 2020-cil ildə 2,3% faktiki artım, 2021-ci ildə 8,4%, 2022-ci ildə 5,6% artım proqnozu
Yaponiya - 2020-cil ildə 4,8% faktiki azalma, 2021-ci ildə 3,3%, 2022-ci ildə 2,5% artım proqnozu
Almaniya - 2020-cil ildə 4,9% faktiki azalma, 2021-ci ildə 3,6%, 2022-ci ildə 3,4% artım proqnozu
Böyük Britaniya - 2020-cil ildə 9,9% faktiki azalma, 2021-ci ildə 5,3%, 2022-ci ildə 5,1% artım proqnozu
Fransa - 2020-cil ildə 8,2% faktiki azalma, 2021-ci ildə 5,8%, 2022-ci ildə 4,2% artım proqnozu
İtaliya - 2020-cil ildə 8,9% faktiki azalma, 2021-ci ildə 4,2%, 2022-ci ildə 3,6% artım proqnozu
Kanada - 2020-cil ildə 5,4% faktiki azalma, 2021-ci ildə 5%, 2022-ci ildə 4,7% artım proqnozu
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
9 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 10 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)



.jpg)







