Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 5 dəfədən çox azalıb
Avro-Asiya İnşaat Korporasiyası – “EVRASCON” ASC 2019-cu ili 2 milyon 719 min manat xalis mənfəətlə başa vurub.
Səhmdar cəmiyyətinin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 80,4% və yaxud 5,1 dəfə azdır.
2019-cu ildə “EVRASCON”un əsas əməliyyat gəlirləri 102 milyon 333 min manat (2018-ci illə müqayisədə təxminən 40% az), satışının maya dəyəri 96 milyon 133 min manat (18,4% az), sair əməliyyat gəlirləri 5 milyon 188 min manat (10,1% çox), inzibati xərcləri 834 min manat (71,7% az), maliyyə gəlirləri 1,21 milyon manat (1 il əvvəl olmayıb), maliyyə xərcləri 8 milyon 365 min manat (1 il əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 680 min manat (80,4% az) təşkil edib.
2020-ci il yanvarın 1-nə “EVRASCON”un aktivləri 447,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,8% artaraq 431 milyon 664 min manata çatıb, balans kapitalı isə 20,7% azalaraq 15 milyon 836 min manata, o cümlədən nizamnamə kapitalı 0,5% azalaraq 375 min manata düşüb.
Xatırladaq ki, “EVRASCON” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















