"Hacıqabul Sənaye Məhəlləsində əlavə beş müəssisə yaradılacaq"
"Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq".
Marja xəbər verir ki, bunu Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident bildirib ki, 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir: №Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək№.
"AVTOMOBİL SƏNAYESİNİN LOKALLAŞMASI GÜNDƏLİKDƏDİR"
Prezident qeyd edib ki, bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur: "Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.
Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























