Yığımına başlanılıb, bir kiloqramı 40-50 qəpiyə təklif olunur
Bərdədə payızlıq soğanın yığımı başlayıb. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində, qiymətlərə təsirini göstərib. Belə ki, soğanın qiymətində ucuzlaşma qeydə alınıb.
Qarabağ-Aran Soğan İstehsalşıları və İxracatçılar Asossiyasının sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda, ümumilikdə, 1200 hektar payızlıq soğan əkilib ki, onun da 740 hektarı Bərdə rayonu ərazisindədir. Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Son illərdə damla suvarma üsulundan istifadə edilməsi nəticəsində məhsuldarlıq yüksəlib. Bu üsulla becərmə zamanı soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq yüksəlir.
Hazırda fermerlər soğan yığımını davam etdirirlər. Sahələrdə məhsul boldur. Təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdən satırlar. Bir kiloqram soğan hazırda ötən ilin eyni dövrü ilə müqayisədə xeyli ucuz - 40-50 qəpiyə təklif olunur.
"Ucuzlaşmanın səbəbindən biri ölkəmizə xaricdən soğan idxal olunmasıdır. Bərdədə istehsal edilən məhsul yerli bazarla yanaşı, xaricə ixrac olunmaq üçün nəzərdə tutulub. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət əldə edərlər", - deyə V.Babayev bildirib.
Qeyd edək ki, payızda əkilən soğanın yığımı aprel, may, iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























