Aparıcı bank 13 ölkədə pərakəndə bank bazarından gedir
Citigroup proqnozları artıqlaması ilə doğruldub - 7,9 milyard dollarABŞ-ın üçüncü ən böyük bankı, 2020-ci ilin sonuna aktivlərinin həcmi 2,26 trilyon dollar təşkil edən Citigroup ötən gün cari ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, ümumi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azalaraq 20,7 milyard dollarda qərarlaşsa da, digər göstəricilərdə bank proqnozları yetərincə üstələyib.
Belə ki, səhmlərin ticarətindən gəlirlər digər banklardan fərqli olaraq kifayət qədər artmış, proqnozlaşdırılan həddən 300 milyon dollar daha artıq - faktiki 1,48 milyard dollar təşkil etmişdir. İnvestisiya bankçılığı fəaliyyətingən gəlir 46% artaraq, 1,97 milyard dollara çatmışdır (Refinitiv və digər analitiklərin proqnozu 1,67 milyard dollar idi). Bank hesabat rübündə 3,9 milyard dollar həcmində kredit ehtiyatlarını dövriyyəyə buraxmış, nəticədə 1,75 milyard dollar kredit itkiləri qarşılığında 2,06 milyard dollar qazanc əldə etmişdir. Nəhayət, ən vacib göstəricilərdən biri olan xalis mənfəət 7,94 milyard dollar, yaxud bir səhmə görə 3,62 dollar təşkil etmişdir (Refinitiv bir səhmə düşən mənfəəti 2,60 dollar proqnozlaşdırırdı).
Bank həmçinin ABŞ xaricindəki 13 ölkədə fəaliyyətlərinin bir hissəsini məhdudlaşdıracağını bildirib. Bu ilin fevralında korporasiyanın baş icraçı direktoru təyin edilmiş, Citidə 17 illik təcrübəyə malik Ceyn Freyzer Avstraliya, Bəhreyn, Çin, Hindistan, İndoneziya, Koreya, Malayziya, Filippin, Polşa, Rusiya, Tayvan, Tayland və Vyetnamdakı pərakəndə bankçılıq bazarından çıxacaqlarını və əvəzinə əsas diqqəti daha böyük sərvətin və maliyyə vəsaitlərinin məkanı olan Sinqapur, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Londona cəmləşdirəcəklərini bəyan edib: “Davam etməkdə olan strateji yenilənmələrimizin nəticəsi olaraq, qərara gəldik ki, gəlirlərimizi ikiqat artıraq. Yerdə qalan bazarlara fokuslanmaq bu vacib habların vasitəsilə aktivlərin idarə olunması biznesinin vəd etdiyi sürətli artım və daha yüksək gəlir imkanlarından yararlanmaqda mövqeyimizi möhkəmləndirəcəkdir”.
Citigroup sözügedən 13 ölkədə investisiya bankçılığı fəaliyyətlərini davam etdirəcəyini qeyd edib. Bankın çıxacağı bazarlardakı pərakəndə əməliyyatların həcmi ötən ilki ümumi 74,3 milyard gəlirin 4,2 milyard dollarlıq hissəsini təşkil edirdi.
Xatırladaq ki, bir gün öncə digər iri ABŞ bankları da 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıblar. JPMorgan Chase 14,3 milyard dollar, Goldman Sachs 6,84 milyard dollar, Wells Fargo isə 4,7 milyard dollar mənfəət əldə edib.
Həmçinin oxu
ABŞ banklarından fantastik artım
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)




.jpg)








