İqtisadiyyat nazirinin müavini “BakuBus”da iclas keçirdi

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılmış “BakuBus” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
Bu barədə Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən məlumat verilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “BakuBus” MMC-nin və Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbər şəxsləri iştirak ediblər.
İlk olaraq “BakuBus” MMC-nin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Müşahidə Şurasının sədri Elnur Əliyev iclasda vurğulayıb ki, son on ildə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar, eyni zamanda, yüksək keyfiyyətli ictimai nəqliyyat xidmətinin təşkilinə zərurət yaradıb. “BakuBus” MMC də vətəndaşlarımız üçün uzun müddətli inkişaf perspektivi vəd edən etibarlı, təhlükəsiz və rahat avtobus nəqliyyat xidməti göstərməyi üzərinə öhdəlik kimi götürən vacib nəqliyyat qurumlarından biridir.
“BakuBus” MMC-nin fəaliyyətinin sərnişindaşıma bazarında qabaqcıl təcrübə və ənənələrin formalaşdırılmasına xidmət etdiyini vurğulayan Müşahidə Şurasının sədri Elnur Əliyev Şuranın yaradılmasını müəssisənin daha da inkişafına təkan verəcək bir addım kimi qiymətləndirib.
Müşahidə Şurasının sədri “BakuBus” MMC-ni səciyyələndirən əsas xüsusiyyətlərdən birinin şirkətin fəaliyyətində kommersiya elementi ilə yanaşı, sosial elementin də mövcudluğunu və bu iki elementin uzlaşdırılmasının qarşıda duran əsas məqsədlərdən biri olduğunu qeyd edib.
Müşahidə Şurasının sədri, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının yeni islahatlar mərhələsinə qədəm qoyduğunu xatırladaraq bildirib ki, yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas prioritet məsələdir. O əlavə edib ki, “BakuBus” MMC-nin fəaliyyətinin təkmilləşdirilməsi və daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir.
Daha sonra BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli “BakuBus”ın fəaliyyəti, eləcə də, ölkədə sərnişindaşıma fəaliyyətinin vəziyyəti və növbəti çağırışları barədə iclas iştirakçılarına məlumat verib. “BakuBus” MMC-nin direktoru Tural Mahmudov şirkətin fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib.
İclasda, eyni zamanda, “BakuBus” MMC-nin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, Azərbaycan Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
36 d. əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
-
- 41 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
-
1 saat əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
2 saat əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı
