Bir kriptovalyuta birjasının dəyəri iki ABŞ indeksinin cəmini keçib
100 milyard dollar dəyər ilə səhmlərinin ilk kütləvi təklifinə (İPO) hazırlaşan "Coinbase"in dəyəri Nyu York Birjası və Nasdaqın cəmini keçib."Coinbase" birjasının 100 milyard dollar dəyərlənmə ilə bu həftə səhmlərinin ilkin kütləvi təklifi gözlənilir. Bu rəqəm Nyu York Birjası və Nasdaqın dəyərlərinin cəmindən daha çox edir.
Marja xəbər verir ki, əgər hər şey planlaşdırıldığı kimi gedərsə və "Coinbase" çərşənbə günü Nasdaqda investorlara satılarsa, bu "Coinbases"in ABŞ-dakı ən böyük kriptovalyuta birjasına çevirəcək.
Bloomberg-in təxminlərinə görə, şirkətin qurucuları Brian Armstronq və Fred Ehrsam, 15 və 2 milyard dollarlıq səhmlərə sahib olacaqlar.
"Coinbase", keçən həftə etdiyi açıqlamada, 2021-ci ilin ilk rübündə mənfəətinin 730-800 milyon dollar arasında olacağını bildirib. Bu da şirkətin 2020-ci ildəki cəmi mənfəətindən 2 dəfə çoxdur. 2021-in ilk üç ayında şirkətin cəmi gəlirinin keçən il əldə etdiyi 1,3 milyard dolları keçməsi gözlənilir.
Kriptovalyuta analitikası şirkəti "Messari"yə görə, "Coinbase", 56 milyon təsdiqli istifadəçiyə və gündəlik 13 min ətrafında müştəriyə sahibdir. "Messari"nin analitiki Mira Christianto, "Coinbase dünyadakı gələcək vəd edən kriptovalyuta şirkətlərindən biridir. Bazar sərmayəçilərin kripto aktivlərə aç olduğunu göstərir" deyib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
-
- 20 d. əvvəl
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
12 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
13 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
Ən çox oxunanlar
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb







.jpg)









.jpg)


