Mühasiblər və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Qanunvericiliyin icra mexanizmlərinin effektivliyinin artırılması əlverişli biznes mühitinin formalaşdırılmasında böyük əhəmiyyət daşıyır. Bu baxımdan, vergi ödəyiciləri, biznes assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq, vergi sahəsində qarşıya çıxan məsələlərin müzakirə edilməsi və təkliflərin öyrənilməsi, qanunvericilik və inzibatçılığın təkmilləşdirilməsi vacib amillərdəndir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən biznes assosiasiyaları ilə keçirilən müzakirələrin davamı olaraq, bir sıra kommersiya şirkətlərinin mühasiblərinin və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd iş prosesi zamanı mühasiblərin qarşılaşdıqları inzibati və texniki problemlərin müzakirə olunması, müvafiq izahların verilməsi və ya düzəlişlərin edilməsi olub. Görüşdə bir sıra bölmələr üzrə - elektron qaimə-faktura, şəxsi hesab vərəqəsi, elektron kabinet, sərəncamların icrası, idxal əməliyyatları üzrə rəsmiləşdirmələr və s. mövzularda toplanmış və emal edilmiş 100-ə yaxın fərqli təklif ətraflı müzakirə edilib. Tədbirdə sadalanan bir sıra problemlərin artıq öz həllini tapdığı, bir qisminin həll edilməsi üçün zəruri düzəlişlərin tətbiq olunacağı, bəzi təkliflərin isə texniki imkanlar nəzərdən keçirildikdən sonra mərhələli şəkildə təmin ediləcəyi diqqətə çatdırılıb.
Səmərəli keçən görüşdə sahibkarlıq subyektlərinin inzibatçılıq yüklərinin azaldılması və optimallaşdırılması istiqamətində tədbirlərin davamlılığı, dövlət-biznes münasibətlərində dialoq platformasının bundan sonra da inkişaf etdiriləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)








