Azercell-in “Kabinetim” mobil tətbiqi 1 mln yüklənməni aşdı
Lider mobil operatorun təqdim etdiyi unikal xidmət yüklənmə sayına görə ölkə üzrə rekord göstəricilər nümayiş etdirir.(®️) Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, tətbiqlərə qoşulmaq imkanı verən Azercell-in “Kabinetim” özünəxidmət tətbiqi getdikcə ölkənin mobil internet məkanında ən rahat və tələb edilən mobil tətbiqə çevrilməkdədir.
Çox yüksək bir göstəricidir ki, “Kabinetim” mobil tətbiqi 1 milyon yüklənmə nişanını qazandı.
Azərbaycanda ən çox yüklənilən telekommunikasiya tətbiqi kimi qeydə alınan və hazırda 1 milyona yaxın abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi bundan öncə də App Store və Playstore statistikası üzrə ən yüksək pillələri nümayiş etdirib.
Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqində nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.
Ötən il Azercell-in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVİD-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Azercell-in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Daha ətraflı məlumat üçün: Kabinetim
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
- 9 d. əvvəl
- 33 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
Ən çox oxunanlar
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir


















