Hindistan startap bazarından fantastik artım
Ölkənin “milli TikTok”u 2 milyard dollarlıq rekorda imza atıb.Hindistanın sosial media şirkəti ShareChat özünün qısa video tətbiqetməsi “Moj” üçün bir dəfəyə rekord məbləğdə - yarım milyard dollar maliyyələşmə cəlb edə bilib.
Marja xəbər verir ki, əsas investorlar arasında Tiger Global Management, Snap və Twitter də var. Bu maliyyələşmə ilə ShareChat-ın bazar dəyəri 2,1 milyard dollara çatıb.
Beş il öncə hind startapçıları tərəfindən qurulan ShareChat hazırda aylıq 160 milyon aktiv istifadəçiyə malikdir. Şirkətin 9 ay öncə istifadəyə verdiyi Moj tətbiqetməsi isə Çinin məşhur TikTok sosial şəbəkəsinin ötən il Hindistanda qadağan edilməsindən sonra 120 milyon istifadəçi toplaya bilib. ShareChat ingilis dilinin çox danışılmadığı yerli hind icmaları arasında 15 regional dildə komikslər və video playlaşım platformaları təklif edir. Bu isə smartfon istifadəçilərinin böyük marağına səbəb olur.
Hazırda Hindistan bazarı uğrunda ABŞ və Çin texnologiya şirkətləri arasında əsl savaş gedir. McKinsey araşdırma şirkətinin məlumatlarına görə, 2019-cu ildə əhalinin cəmi 40%-nin internetə çıxış imkanı var idi, bunların 86 faizi 40 yaşdan gənc olanlardır. Statista isə 2025-ci ildə Hindistanda 970 milyon insanın internetdən istifadə edəcəyini planlaşdırır. Belə bir şəraitdə yerli hind proqramları və tətbiqetmələrinin sayı artır: Josh, TakaTak, Roposo, Mitron və Chingari. Google və Microsoft Josh-un ana şirkətinə iri investisiyalar edib. Google əlavə olaraq Roposoya da 145 milyon dollar sərmayə yatırıb.
Ötən həftə isə daha iki hind startapı - sosial kommersiya tətbiqetməsi Meesho və fintech Cred aralarında Facebook və Tiger Global-ın da olduğu investorlardan yeni maliyyələşmə cəlb edərək, 2 milyard dollardan artıq bazar dəyərinə çatıb.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 15 d. əvvəl
-
40 d. əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlandı
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)











