Maye qaz biznesilə məşğul olan aparıcı şirkətin gəlirləri və mənfəəti azalıb
Azərbaycan ərazisində maye qazın nəql edilməsi və bölüşdürülməsi, qaz balonlarının təmiri və sınağı üzrə xidmətləri üzrə aparıcı şirkət olan “Məişət Maye Qaz” QSC 2020-ci ili 2 milyon 721 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 1,6 dəfə azdır. Mənfəətin azalması gəlirlərin azalması ilə bağlıdır.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə “Məişət Maye Qaz” şirkətinin gəlirləri 25 milyon 173 min manat, cəmi xərcləri 21 milyon 771 min manat, əməliyyat mənfəəti 3 milyon 402 min manat, ödənilmiş mənfəət vergisi 680 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Məişət Maye Qaz” şirkətinin gəlirləri 29 milyon 778 min manat manat, xərcləri 24 milyon 318 min manat, əməliyyat mənfəəti 5 milyon 460 min manat, ödənilmiş mənfəət vergisi 1 milyon 92 min manat, xalis mənfəəti 4 milyon 368 min manat təşkil etmişdi.
Şirkət 01 yanavar 2021-ci il tarixində 23 milyon 195 min manat cəmi balansa malik olub. 01 Yanvar 2020-ci il tarixində şirkət 18 milyon 542 min manat cəmi balansa malik idi.
“Məişət Maye Qaz” QSC-nin nizamnamə kapitalının 99,5967%-i “Femida” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















