"Neftin qiyməti 45-65 dollar olduğu halda, ARDNF-nin aktivləri davamlı artacaq"
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən valyuta məzənnəsinin idarə etməsinin və monetar siyasətin əlaqələndirilməsinin təkmilləşdirilməsi Azərbaycanın valyuta bazarında sabitliyi artıracaq.
Bu barədə "Moody's Investors Service" ("Moody's") şirkətinin Azərbaycan üzrə hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə bilinən həcmdə müntəzəm transfertlər vasitəsilə ABŞ dolları tədarükündən başqa, AMB həm də özü dollara olan tələbatın müvəqqəti artımını qarşılamaq üçün valyuta hərraclarının tezliyini artırmaq qabiliyyətinə malikdir.
Şirkətə görə, gələcəkdə proqnozlaşdırıla bilən və şəffaf monetar və məzənnə siyasətinin sistematik istifadəsi makroiqtisadi sabitliyi və şoklara davamlılığı artıracaq.
Qeyd edilir ki, Neft Fondunun aktivləri COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, artmağa davam edib və dövlətin birbaşa borcunun 480%-ni bağlamağa kifayətdir.
"Moody's"in neft qiyməti üzrə 45-65 dollar civarında olan proqnozunun nəzərə alaraq, ARDNF-nin büdcəyə transfertlərində kəskin bir artımın baş verməyəcəyi halda, Fondun aktivlərinin gələcək bir neçə il ərzində artacağı gözlənilir.
Xatırladaq ki, 2021-ci il yanvarın 1-ə ARDNF-nin aktivlərinin həcmi 43 564,3 mln. dollar (illik 0,56% artım) təşkil edib.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)


.jpg)



