Avropalıların çoxu "hər kəsə maaş" istəyir
İşi və təhsili nə olursa olsun bütün vətəndaşlara təməl ehtiyaclarını qarşılayacaq bir maaş verilməsini nəzərdə tutan vətəndaşlıq gəlirinə (maaşına) dəstək, Avropada 68%-ə çatıb. Bir çox Avropalı, vətəndaşlıq gəlirinin dünyanı bürüyən işsizlik və yoxsulluqla bağlı problemlərə həll ola biləcəyini düşünür.
"Marja" xəbər verir ki, baş ofisi Berlində yerləşən "Dalia Research"ın sorğusuna görə, Avropada vətəndaşlıq gəlirinə dəstək verənlərin nisbəti bu il 64%-dən 68%-ə yüksəlib. 28 Avropa Birliyi ölkəsində mart ayında keçirilən sorğuda iştirak edən 11 min nəfərin 68%-i, vətəndaşlıq gəlirlərilə bağlı referendumda bütün vətəndaşlara təməl ehtiyacların ödənilməsi üçün maaş ödənməsinə dəstək verəcəyini bildirib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
İştirakçıların 41%-i isə vətəndaşlıq gəlirinin əvvəl test edilməsini istəyir. Qarşılıqsız maaş ödənməsinə qarşı çıxanlar isə, belə bir təcrübənin insanların işləmək istəyini azaldacağını və əcnəbilərin ölkəyə axın etməsinə səbəb olacağını bildirib.
Finlandiya və Hollandiyada pilot rayonlarda tətbiq olunan və Avropada mübahisələrə səbəb olan vətəndaşlıq gəliri təcrübəsi, peşə və təhsili nə olursa olsun bütün vətəndaşlara təməl ehtiyaclarını qarşılayacaq bir maaş ödənməsini nəzərdə tutur. Bu maaş, dövlətin vətəndaşlara göstərdiyi sosial yardımlarının yerini alır və sistemdə böyük bir dəyişiklik anlamına gəlir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 22 d. əvvəl
-
38 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"

























