140 milyard dollar – ABŞ istiqraz bazarında rekord!
Şirkətlər cari ilin ilk rübündə aşağı kredit reytinqli istiqrazlara bu qədər vəsait cəlb edə biliblər.Amerikan istiqraz bazarında daha bir rekord qeydə alınıb.
Marja xəbər verir ki, qlobal miqyasda maliyyə bazarına dair məlumatlar və statistika dərc edən Refinitiv şirkətinin dərc etdiyi informasiyaya əsasən, 2021-ci ilin ilk rübündə ABŞ şirkətləri buraxdıqları istiqrazların əvəzində kifayət qədər iri həcmli vəsait cəlb edib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə daha çoxdur.
Statistik məlumatlar göstərir ki, hətta ən riskli qiymətli kağızlara malik şirkətlər belə istiqrazlar üzrə aşağı xərclərin verdiyi üstünlükdən istifadə edə, istədikləri vəsaitləri cəlb edə və ötən ildən yığılıb qalmış borclarının böyük hissəsini bağla biliblər. İnvestorların bu istiqrazlara əsas marağı onların daha yüksək gəlirlilik dərəcəsi ilə təklif olunmasıdır. Son 12 ayda üç dəfə rekord həcmdə istiqraz buraxılışı baş tutub ki, nəticədə ABŞ yüksək gəlirli qiymətli kağızlar bazarı 2020-ci ilin əvvəlindəki 1,2 trilyon dollardan ilin sonunda 1,5 trilyon dollara qədər böyüyüb.
İri gəmilərin operatoru Royal Caribbean şirkəti bu həftə istiqrazlardan 1,5 milyard dollar vəsait əldə edə bilib. Bu, son bir ildə pandemiya səbəbindən kifayət qədər ciddi itkilərə məruz qalan şirkətin növbəti iki ildə borclarını ödəməsi üçün olduqca zəruri puldur. ABŞ-ın lüks univermaqlar şəbəkəsi Neiman Marcus müflisolmadan qurtulmaq üçün istiqrazlarını sataraq 1,1 milyard dollar toplaya bilib. Kommunikasiya şirkəti Liberty Latin America 820 milyon dollar, ipoteka kredit təşkilatı Loan Depot 600 milyon dollar vəsait cəlb edə bilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 20 d. əvvəl
-
29 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
32 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir






















