İrimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti aylardan etibarən ölkəmizin regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq.
Məqsəd torpaqların müasir vəziyyətinin müəyyən edilməsi, bələdiyyə, xüsusi mülkiyyətə verilən və dövlət mülkiyyətində saxlanılan torpaqlardan səmərəli istifadə edilməsi, münbitliyinin öyrənilməsi və artırılmasıdır.
Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas vəzifələrdəndir.
Qeyd edək ki, torpaq tədqiqatı işləri hazırlıq, çöl torpaq tədqiqatı, kameral olmaqla 3 mərhələdə aparılacaq. İrimiqyaslı çöl torpaq tədqiqatının aparılması üzrə hazırlıq mərhələsində əvvəlcədən tədqiqat obyektinin yerləşdiyi bölgənin adı, torpaqların mülkiyyət formaları, tədqiqat aparılacaq ərazinin sahəsi, coğrafi mövqeyi və digər məlumatlar toplanır. Çöl torpaq tədqiqatı zamanı naturada yayılan torpaqları bütün kompleksliyi ilə özündə əks etdirən torpaq xəritələri tərtib edilir, mülkiyyətçilərin torpaqdan səmərəli istifadə etməsi üçün onların xassələrinin təyin olunmasına imkan verən məlumatlar əldə olunur. Son mərhələdə çöl tədqiqatı məlumatları, laboratoriya analitik rəqəmləri əsasında (torpaq qatının qalınlığı, mexaniki tərkibi, humusu, karbonatlığı, şorlaşma və şorakətləşməsi) torpaqların tipoloji adları dəqiqləşdirilir və torpaq xəritəsində əksini tapır.
Yerinə yetirilən işlərin nəticələri Torpaqların Elektron Kadastr və Uçotu İnformasiya Sistemində yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























