Qlobal “lazer savaşı” - 7 milyard dollarlıq təklif!
Lazer məhsullarının qlobal istehsalçısı Coherent-in səhmləri uğrunda amansız rəqabət gedir.ABŞ-ın innovativ optik məhsullar və lazer texnologiyası istehsalçısı, bu sahədə dünya bazarında liderlərdən biri Lumentum Holdings bazardakı digər bir uğurlu şirkət - lazer məhsulları təchizatçısı Coherent Inc.-in səhmlərini əldə edərək, iki nəhəngi birləşdirmək niyyətindədir. Marja xəbər verir ki, hələ yanvar ayında hər iki şirkət birləşməyə dair ilkin razılaşma imzalayıblar. Əsas rəqabət də elə bundan sonra başlayıb.
İlkin razılaşmada Lumentum Coherentin səhmlərinə cəmi 5,7 milyard dollar təklif etmişdi, bu isə bazarda əsas mövqeləri ələ keçirmək uğrunda mübarizə aparan digər iki qlobal oyunçunu - optik materiallar və yarımkeçirici konduktorlar istehsalçısı II-VI Inc.-i (digər adla – Two Six Incorporated) və mürəkkəb istehsalat avadanlıqlarının ölçmə, nəzarət, elektron idarəetmə həllərini təklif edən MKS Instruments-i hərəkətə keçirib. II-VI Coherentə 6.5 milyard dollarlıq, MKS isə 6 milyardlıq təklif təqdim edib.
Görünür ki, Lumentum bu üçtərəfli savaşda geri çəkilmək fikrində deyil. Şirkət ötən gün yenilədiyi qiymət təklifində Coherentlə birləşmək və səhmləri satın almaq üçün 6,9 milyard dollar xərcləməyə hazır olduğunu bildirib.
Texnologiya nəhəngləri arasında gedən bu üçtərəfli müharibədə kimin qalib çıxacağı maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 21 d. əvvəl
-
30 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
33 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)





