Azərbaycanda iki alternativ enerji layihəsinə 500 milyon dollar yatırılacaq
Martın 16-da "7-ci Berlin Enerjiyə Keçid Dialoqu" ənənəvi tədbiri video-konfrans formatında keçirilib. "Enerji keçidi – İqlim neytrallığına doğru" mövzusuna həsr edilmiş tədbirə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, eyni zamanda, bir sıra ölkələrin və təşkilatların yüksək səviyyəli nümayəndələri qatılıb. Azərbaycanı tədbirdə energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.
Azərbaycan Energetika Nazirliyindən Marja-ya verilən məlumata görə, tədbirin "Yaşıl bərpanın maliyyələşdirilməsi" ("Financing the Green Recovery") adlı sessiyasında çıxış edən nazir müavini qeyd edib ki, təmiz ətraf mühitin əldə edilməsi və ölkənin "yaşıl artım" ölkəsinə çevrilməsi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafının Milli prioritetlərindən biridir. Bu prioritetin reallaşdırılması bərpa olunan enerji sektorunun inkişafını, istixana effekti yaradan qaz emissiyasının azaldılmasını və yaşıl texnologiyalardan istifadənin genişləndirilməsini zəruri edir. Bildirilib ki, yaxın 10 ildə elektrik enerjisi üzrə qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30%- dək artırılması və istixana effekti yaradan qaz emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 35% azaldılması üçün xarici investorlarla əməkdaşlıq edilir. Bu istiqamətdə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Bu layihələr vasitəsilə ölkəmizin bərpa olunan enerji sektoruna 500 mln. dollara yaxın xarici investisiyanın yönəldiləcəyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi regionun davamlı inkişafı üçün yeni imkanlar açıb. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və Qarabağın bərpası prosesində xarici investorlarla da əməkdaşlığa önəm verilir.
Qeyd edək ki, iki gün davam edəcək video-konfransda bərpa olunan enerji, enerji keçidində qlobal hədəflər, o cümlədən sahələrarası enerji keçidini təmin etmək üçün qabaqcıl texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyəti dayandırılır
-
-
13 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Taleh Kazımovu və komandasını tərifləyib
- 17 d. əvvəl
-
24 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
- 37 d. əvvəl
-
54 d. əvvəl
Reklamda uşağın görüntüsündən valideynlərinin razılığı ilə istifadə edilə biləcək
- 59 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşmaqda davam edir: Analitiklər 100 dollar ssenarisini qiymətləndirirlər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Komissiya 0 %, zamin tələbi yoxdur - Çox sərfəli kredit kampaniyası başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə reytinqini yaxşılaşdırıb
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycan nefti 7 dollara yaxın bahalaşıb



























