Bitcoindən tarixi rekord
60,000 dollar!Dünyanın ən böyük kriptovalyutası təkcə bu ilin əvvəlindən 80%, son 12 ayın göstəricilərindən isə 570% artıq dəyər qazanıb.
Marja xəbər verir ki, ötən şənbə səhər saatlarında Bitcoin 60 min 415 dollara qədər yüksələrək yeni rekordu rəsmiləşdirib. Bir sıra böyük şirkətlərin və maliyyə institutlarının kriptovalyutalardan hesablaşma vasitəsi kimi istifadə etməyə başlaması bu artıma daha da böyük təkan verib.
ABŞ-ın ən böyük kriptovalyuta birjası olan Coinbase-in məlumatlarına görə, ümumilikdə Bitcoin son 12 ayda 963% artıb. Son həftə Bitcoinin qlobal ehtiyatlarının dəyəri cari il ərzində ikinci dəfə 1 trilyon dolları keçib.
Qiymətlərin belə kəskin artması böyük institusional investorların bu valyutaya üstünlük verməsi və bazardakı spekulyativ tələbin yüksəlməsidir. Tesla son dövrlərdə 1,5 milyar dollar dəyərində Bitcoin alıb və rəqəmsal puldan öz məhsullarının əvəzində ödəniş vasitəsi kimi istifadə etmək planlarını açıqlayıb, bu qərar isə bazarda dərhal Bitcoinə tələbi sürətlə artırdı.
Mastercard tezliklərə öz şəbəkəsini bəzi rəqəmsal valyutalar üçün açacağını bildirib. PayPal və BNY Müllon da bu istiqamətdə Bitcoinə yaşıl işıq yandırdıqlarını bəyan edir. Belə xəbərlərdən həvəslənən Bitcoin müştəriləri inamla bildirirlər ki, Bitcoinin 2017-ci ildə ildırım sürəti ilə 20,000 dollara çatıb, daha sonra 80%-dən artıq dəyər itirdiyi vəziyyətdən fərqli olaraq, bu ilki artım daha əsaslıdır və qiyməti spekulyativ tələb deyil, iri investorların konkret planları təyin edir.
Əksini iddia edənlər isə hələ də əmindirlər ki, Bitcoin və bənzər valyutalar sadəcə müvəqqəti olaraq süni şəkildə şişirdilmiş “sabun köpüyü”dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 21 d. əvvəl
-
30 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
33 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)




