Aplus mağazalar şəbəkəsinin sayca 4-cü mağazası açıldı - FOTO
(®️) Bu gün Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 11 ünvanında sayca 4-cü aplus supermarketin açılışı olub.
Son illərdə ölkəmizdə iqtisadi inkişafla bağlı olaraq, xidmət sahələri sürətlə inkişaf edir. Belə ki, insanlar daha üstün xidmətə, daha yüksək keyfiyyətə meyl edir.
Bir il öncə “Aqro-Vest Retail” MMC ilk aplus supermarketi açarkən, onun da məqsədi əhaliyə gündəlik tələbat məhsullarını daha yüksək keyfiyyət və xidmətlə təqdim etmək idi. Şirkət bir il ərzində açdığı supermarketlərlə qarşıya qoyduğu məqsədlərə doğru inamla addımlayıb. Bu gün aplusda insanlar yüksək keyfiyyətli məhsulları daha sərfəli şərtlərlə əldə edə bilirlər. Bu gün aplus intuitiv merçendayzinq, zövqlü alış-veriş sərfəli xidmət, bol çeşid və yüksək xidmət simvoluna çevrilməkdədir.
“Aqro-Vest Retail” MMC-nin Direktoru Şahin Haqverdiyev: “Ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən günü-gündən qüdrətlənməsi, özəl biznesə dövlətin xüsusi qayğısı bizi daha böyük, daha gözəl işlər görməyə ruhlandırır!
Son bir il ərzində biz daha çox strukturlaşma, sistemləşmə, bazar təhlilləri kimi fəaliyyətləri həyata keçirmişik. Artıq bundan sonra aplusun inkişaf tempi daha da yüksələcəkdir. Hal-hazırda yeni satış nöqtəsində təmir və tikinti işləri sürətlə davam edir. Çalışırıq ki, daha çox əhalinin sıx məskunlaşdığı zonalarda təmsil olunaraq, insanların keyfiyyətlə daha sıx təmasını təmin edək. Sözsüz ki, aplus həm də yeni iş yeri deməkdir. Bu gün şəbəkədə 150-dək gənc əməkdaş çalışmaqla yanaşı, həm də yeni təcrübə və biliklər əldə edirlər. Biz fərq görmək istəyən hər kəsi aplusa dəvət edirik!”
“Aqro-Vest Retail” MMC-yə məxsus olan aplus marketlər şəbəkəsi gündəlik tələbat məhsullarının satışı ilə məşğuldur. Hal-hazırda şəbəkənin Bakı şəhərində 4 supermarketi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 50 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























