"Araz Supermarket"dən yararsız soğanlar ilə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 20.58 ton soğan məhsuluna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində soğan məhsullarında karantin tətbiq edilməyən zərərli orqanizm Aspergillus niger (qara kiflilik) aşkarlanıb. Agentlik tərəfindən istehlak üçün yararsız məhsulların məhv edilməsi və ya geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edilib.
"Araz" supermarketlər şəbəkəsinin sözçüsü Billurə Əmirova Marja-ya açıqlamasında bildirdi ki, idxal edilən məhsullar müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır:
"Agentliyin yaydığı xəbər müştərilərimizi çaşdırmasın deyə məsələyə aydınlıq gətiririk. Belə ki,bu ilin yanvar ayında tərəfimizdən Ukraynadan soğan idxal olunub. Bildiyiniz kimi ölkəyə idxal olunmuş məhsullar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq yoxlanışlardan keçəndən sonra satışa çıxarılır. O cümlədən, tərəfimizdən idxal olunmuş soğandan, satışa çıxarılmamışdan əvvəl, nümunələr götürülərək müayinə edilmiş və müayinələr nəticəsində məhsulda qara kiflilik aşkarlanmışdır. AQTA nümayəndələrinin iştirakı ilə "Araz" supermarketlər şəbəkəsi tərəfindən məhsul məhv edilmişdir. Xüsusi olaraq bildirmək istərdik ki, "Araz" supermarketlər şəbəkəsində satılan meyvə-tərəvəz əsasən yerli məhsuldur. Meyvə-tərəvəzi bazar qiymətinə təklif edən "Araz" marketlərin rəflərində yer alan məhsulların keyfiyyətinə xüsusilə diqqət olunur. Çünki bizim üçün müştəri məmnuniyyəti hər şeydən önəmlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 36 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






