“AFB Bank” Özünüməşğulluq proqramı çərçivəsində daha 24 vətəndaşa dəstək oldu!
(®️) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Özünüməşğulluq proqramına qoşulan “AFB Bank” ASC dəstəyini davam etdirir.
Özünüməşğulluq proqramının məqsədi əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. daxil olmaqla həssas əhali qruplarının özünüməşğulluğunun təşkil edilməsidir.
Bu proqrama qoşulan vətəndaşlar kiçik sahibkarlığa çıxış əldə edə bilirlər. AFB Bank tərəfindən proqrama qoşulan, ölkənin müxtəlif şəhər və kəndlərində yaşayan, həssas əhali qrupuna aid 24 nəfər vətəndaşın öz biznesini qurması üçün aktivlərlə təmin edilib.
Məlumat üçün bildiririk ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən təsis edilib. Bu proqramın icrasını həyata keçirən AFB Bank, fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini 2021-ci ilin yanvar-fevral aylarında artıq yekunlaşdırmışdır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
15 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
21 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
24 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır






















