AFB Bank daha 4 vətəndaşa dəstək oldu!
(®️) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən Özünüməşğulluq proqramına qoşulan “AFB Bank” ASC dəstəyini davam etdirir.
Özünüməşğulluq proqramının məqsədi əlilliyi olan şəxslər, aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkünlər, işsiz və iş axtaran şəxslər və b. daxil olmaqla həssas əhali qruplarının özünüməşğulluğunun təşkil edilməsidir.
Bu proqrama qoşulan vətəndaşlar kiçik sahibkarlığa çıxış əldə edə bilirlər. AFB Bank tərəfindən proqrama qoşulan, ölkənin müxtəlif şəhər və kəndlərində yaşayan, həssas əhali qrupuna aid 4 nəfər vətəndaşın öz biznesini qurması üçün aktivlərlə təmin edilib.
Məlumat üçün bildiririk ki, Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən təsis edilib. Bu proqramın icrasını həyata keçirən AFB Bank, fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini ilin sonunadək davam etdirəcək.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















