Azərbaycan yanvarda “OPEC plus” üzrə öhdəliyini tam yerinə yetirib
2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barel azaldaraq 595 min barel həcmində saxlamalıdır.
Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 15 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
-
45 d. əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samir Məmmədov “Birmarket”-in Baş İcraçı direktoru (CEO) təyin edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Ən çox oxunanlar
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Rəsmi məzənnələr açıqlandı
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı

















