Bitcoin-in qiyməti yenidən rekord qırdı
Tesla-nın ABŞ sərmayə bazarlarını tənzimləyən rəsmi orqana (SEC - U.S. Securities and Exchange Commission) 1,5 milyard dollarlıq Bitcoin aldığını bildirməsindən sonra Bitcoin qiymətləri rekord qırır.
Marja xəbər verir ki, Bitcoin-in qiyməti 47 min dollar səviyyəsini də keçib. Bakı vaxtı ilə saat 09:35-də 47014 dollar ətrafından əməliyyat olunub.
Dünyanın ən varlı adamı tərəfindən idarə olunan və S&P 500-ün ən böyük dördüncü şirkəti olan Tesla-nın Bitcoin alması isə hər şeyi kökündən dəyişdirərək yeni bir müzakirə yaradıb.
Teslanın Bitcoini ödəniş vasitəsi olaraq qəbul etməyə başlayacağı gözlənilir.
S&P 500-dəki digər şirkətlər də Teslanın ardınca gedərək Bitcoin ala bilərlər.
"QONAQLIĞA GECİKDİM"
Tesla şirkətinin qurucusu Elon Musk, "Bitcoini 8 il əvvəl almalı idim, "qonaqlığa" gecikdim" demişdi. Bitcoin-in yaxşı bir şey olduğunu ifadə edən Musk, "Dogecoin-in qlobal bir pul olması əyləncəli olardı" deyə əlavə etmişdi.
Musk-ın Twitter profil şərhinə keçən həftə Bitcoin etiketi və emojisi qoymasından sonra kriptovalyuta 10% bahalaşaraq 36 min dolları keçmişdi.
Cümə günü erkən saatlarda isə Musk Twitter-də paylaşdığı və bir itin qarşısında olduğu "Dogue" jurnalı ilə Dogecoin "rallisinin" də fitilini odlamışdı. Bir zarafat olaraq yaradılan Dogecoin paylaşmadan sonra 300% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
56 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























