Energetika naziri “ACWA Power” şirkətinin rəhbəri ilə müzakirələr aparıb
Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Məhəmməd Abunayyan ilə videokonfrans formatında görüş keçirib.
Bu barədə “Marja” Nazirliyə istinadən xəbər verir.
Görüşdə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.
Nazir Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın beşinci iclasının keçirildiyini qeyd edib və iclasda külək elektrik stansiyası layihəsi ilə bağlı aparılmış müzakirələr haqqında məlumat verib.
Şirkət rəhbəri layihə üzrə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb. Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilib, səmərəli əməkdaşlığa görə təşəkkür edilib. Bildirilib ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır.
Görüş zamanı sahə üzrə təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb, layihənin yalnız biznes layihəsi deyil, o cümlədən bilik və təcrübə transferi layihəsi olduğu qeyd edilib.
Xatırladaq ki, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən ilin 29 dekabr tarixində imzalanıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















