“Baku Steel Company”nin baş direktoru vəzifəsinə təyin edilib
"Qala Həyat" və "Qala Sığorta" şirkətlərinin Müşahidə Şurasının sədri Kamal İbrahimov “Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsinə təyin edilib.
Marja xəbər verir ki, bu, Şirkətin KİV-də yayılan bəyanatında bildirilir.
“Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.
"Son günlər şirkətimiz haqqında müxtəlif yoxlanılmamış informasiyaların yayılması ilə əlaqədar bildiririk ki, şirkətə daxil olan bütün müəssisələr adi rejimdə işləyirlər. Zavodlarımız yüksək keyfiyyət standartlarına cavab verən məhsullar istehsal etməkdə davam edir", - deyə şirkətin bəyanatında bildirilir.
Xəbər verdiyimiz kimi, “Baku SteelCompany” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədov tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























