Özəl təyyarə şirkətinə sərmayəsilə 930 milyon dollar qazandı
Dünyanın ən varlı insanları arasında olan Bill Gates (Bil Qeyts), pandemiya dövründə aviasiya sektoru çətin bir dövr keçirərkən, özəl təyyarə şirkətinə yatırdığı sərmayə ilə 930 milyon dollar qazanıb.Koronavirus pandemiyası varlıların uçmasını maneə ola bilməyib. Bill Gates, Nassef Sawiris, James Packer və Kerry Stokes dünyanın ən böyük özəl təyyarə operatoruna yatırdıqları sərmayə ilə 1,2 milyard dollar qazanıblar.
Marja xəbər verir ki, özəl təyyarə şirkəti "Signature Aviation"un səhmləri ötən ilin Mart ayının ortalarından bu yana 3 dəfə bahalaşıb.
Aviasiya məsləhətləri şirkəti WingX-ın məlumatlarına görə, qlobal hava nəqliyyatı epidemiya dövründə ciddi bir azalma yaşasa da, özəl təyyarə nəqliyyatı çox yaxşı bir performans göstərib.
Bəzi müştərilər epidemiyadan əvvəl yalnız bilet almaqla uçuşları istifadə edirdilər, lakin Kovid-19 bunu dəyişdirib, indi özəl təyyarələr ilə səyahət edirlər.
"Signature Aviation"un ən böyük səhmdarı olan Bill Gates, İyul və Avqust ayında səhmlərini 4 dəfə artırıb. Misirin ən varlı adamı olan Nassef Sawiris isə səhmlərini iki qat artıraraq 7,4%-ə qaldırıb.
"Signature Aviation"ın dəyəri satınalınma müzakirəsilə 4,8 milyard dollara çatıb.
Şirkətin 16% hissəsinə sahib olan Bil Gatesin səhmlərinin dəyəri hazırda 780 milyon dollara çatmış vəziyyətdədir. Gates-in yardım təşkilatı isə 2,7% hissəyə sahibdir və bu hissənin cəmi dəyəri 150 milyon dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























