Unibank 2020-ci ili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş press-relizdə qeyd edilib ki, 31 dekabr 2020-ci il tarixə bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.
Məlumatda qeyd edilib ki, Bankın kapitalı (prudensial üzrə) 97 milyona çatıb.
Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov hamımızın yadında Zəfər ili kimi qalan 2020-ci ilin, pandemiya ilə bağlı çətin sınaqlar səbəbindən həyatımızın bütün sahələrinə təsir edən proseslərlə də xatırlanacağını bildirib: “İqtisadiyyat üçün o qədər də asan keçməyən ötən ili bütün çətinliklərə baxmayaraq, bankımız müsbət göstəricilərlə başa vurdu. Komandamızın gərgin əməyi, bu gün bazarın əsas tələbi olan rəqəmsallaşmaya keçid prosesinə bir neçə il öncədən başlamağımız, top-menecmentin vaxtında verilmiş operativ qərarları bu göstəricilərin əldə olunmasında vacib rol oynadı. 2021-ci il də ümumiyyətlə ölkəmiz və bankımız üçün çox vacib və inkişaf proseslərinin sürətlənməsi ili olacaq. İnanıram ki, bu ili daha yüksək inkişaf göstəriciləri ilə başa vuracağıq”.
Maliyyə nəticələrinə əsasən, 2020-ci il ərzində bankın aktivlərinın həcmində 4 % artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 816 milyon manat təşkil edib. Ötən ilin nəticələrinə görə, Bankın məcmu kapitalının həcmində 3 % artım olub. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 83 milyon manata çatıb.
İlin nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 20 milyon manat olub. 2019-cu illə müqayisədə 2020-ci ildə “Unibank”ın faiz gəlirləri 9% artaraq, 88 milyon manat təşkil edib.
2020-ci il ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Ümumi kredit portfeli ilin əvvəlindən 60 milyon manat (və ya 12%) artaraq 567 milyon manata çatıb. Ötən il ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən sonunadək 20 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 120 milyon manat təşkil edib. “Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində 4 milyon manata yaxın kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.
Bank ölkədə nağdsız ödənişlərin genişlənməsində aktiv iştirakını davam etdirib. Dövriyyədə olan aktiv debet kartların sayı ilin əvvəli ilə müqayisədə 26% artaraq 448 minə çatıb.
2020-ci il Unibank üçün aktiv sosial fəaliyyətlə yadda qalıb. Bankın brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində bir sıra böyük layihələrə imza atılıb. Özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qrupuna daxil olan 45 vətəndaşın avadanlıqla təminatını həyata keçirən bank, şəhid Şahin Allahverdiyevin ailəsini 18 il müddətinə himayəyə götürüb, şəhid Tural Məmmədovun ailəsini evlə təmin edib. İl ərzində Koronavirusla Mübarizə Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməklə yanaşı, aztəminatlı əhaliyə dəstəyi nəzərdə tutan bir sıra layihələri də başa çatdırıb.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
1 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
1 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
1 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
1 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
Ən çox oxunanlar
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti




















