Dövlət Komitəsi ticarət köşkü tikintisinin qarşısını aldı
Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur.
Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırımış, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılmışdır.
Bununla əlaqədar Komitə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq qanunsuz tikinti-quraşdırma işləri dayandırılmış, konstruksiyanın piyada səkisi üzərindən götürülməsi təmin edilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma proseslərinə ictimai nəzarətin xüsusi əhəmiyyətini vurğulayır, qeyri-qanuni tikinti-quraşdırma işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə sakinlərə təşəkkür edir.
Eyni zamanda, Komitə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağandır və bu sahədə müəyyən olunmuş tələbləri pozan şəxslərə qarşı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























