Qlobal qida qiymətləri 3 ilin ən yüksək səviyyəsində
Qlobal qida qiymətləri 2020-ci ilin dekabr ayında ardıcıl yeddinci ayda da artımaqda davam edib. FAO Qida Qiymət İndeksi, 2020-ci il ərzində son üç ilin ən yüksək səviyyəsinə çatıb.Birləşmiş Millətlər Təşkilatı (BMT) yaynında Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) 2020/Dekabr Qlobal Qida Qiymət İndeksini nəşr edib.
Marja xəbər verir ki, FAO-nun indeksinə görə, dünya qida qiymətləri dekabr ayında süd məhsulları və bitki mənşəli yağlar başda olmaqla ardıcıl yeddinci ayda da artıb.
FAO Qida Qiymət İndeksi dekabr ayında 107.5 bəndə çatıb, bu, Noyabr ayı ilə müqayisədə 2.2%-çoxdur.
Geniş şəkildə ticarəti aparılan qida əmtəələrinin beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən indeks, 2020-ci ildə orta hesabla 97.9 bənd səviyyəsində olub.
FAO Taxıl Qiymət İndeksi, dekabrda bir əvvəlki ayla müqayisədə 1.1%, 2020-ci ildə isə 6.6% artıb. Dekabr ayında buğda, qarğıdalı və düyü ixrac qiymətləri, Rusiya Federasiyası daxil Şimal və Cənubi Amerikadakı məhsul proqnozları narahatlıqlarına görə yüksəlib.
İllik müqayisədə, 2020-də düyü ixrac qiymətləri 8.6%, qarğıdalı və buğda isə müvafiq olaraq 7.6% və 5.6% artıb.
FAO Bitki mənşəli Yağ Qiymət İndeksi isə dekabr ayında 4.7% artaraq 2012-ci ilin Sentyabr ayından bu yana ən yüksək səviyyəsinə çatıb. Qiymətlərdəki yüksəliş, əsasən, palma yağı istehsal edən ölkələrdə istehsalın aşağı düşməsi və İndoneziyadakı ixrac vergilərindəki artım ilə əlaqədardır
Beynəlxalq soya yağı qiymətləri, Argentinadakı tətillər səbəbilə qismən yüksəlib. İndeks 2020-də 19.1% artıb.
FAO Süd Məhsulları Qiymət İndeksi də dekabr ayında 3.2% artıb. İsti hava şəraitilə əlaqədar bir sıra ölkələrdə süd istehsalınını azalması, Qərb Avropada isə tələbin artması qiymətlərin artmasına səbəb olub.
FAO Ət qiymət İndeksi dekabr ayında 1.7% artıb. Xüsusilə Orta Şərqdən artan idxal tələbi, istehsalçı ölkələrdəki yüksək daxili satışlar və Avropadakı quş qripi epidemiyalarının mənfi təsiri ilə daha da canlanan ev heyvanı ət qiymətləri ilin son ayında da artıb.
FAO Şəkər Qiymət İndeksi isə noyabrda diqqətə çarpan artımın ardından dekabr ayında 0.6% düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























