Avrora Qrup kimsəsiz uşaqların üzündə təbəssüm yaratmağa davam edir
Avrora Qrup Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə kimsəsiz uşaqları öz diqqət və sovqatı ilə sevindirib. Şirkət bu dəfə “Nur” uşaq evi və “Sevgi” uşaq sığınacağını ziyarət edib.
Avrora Qrup Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” uşaq evindəki uşaqlar üçün bayram hədiyyələri və oyuncaqlar göndərib. Hədiyyələr uşaqlara uşaq evinin əməkdaşları tərəfindən təqdim olunub. Bununla yanaşı şirkət, uşaq evinə ərzaq məhsulları, gigiyenik vasitələr, ilkin tibbi yardım üçün ləvazimatlar da göndərilmişdir.
Sabunçu rayonunda yerləşən “Sevgi” uşaq sığınacağında məskunlaşan uşaqlar üçün isə şirkət tərəfindən qış geyimləri (üst geyim, şalvar, köynək, ev geyim dəsti) göndərilib.
Avrora Qrup uşaqlara 2020-ci ilin “Korporativ sosial məsuliyyət” proqramında xüsusi yer ayırmış və bu istiqamətdə silsilə tədbirlər həyata keçirmişdir. “Korporativ sosial məsuliyyət” proqramının məqsədi sosial təminatı zəif və kimsəsiz uşaqlara müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaq və təbəssümlərinin səbəbi olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























