Texnoparkların rezidentlərinin qlobal bazara çıxışı təmin olunacaq
Azərbaycanda innovasiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, habelə İnnovasiyalar Agentliyin tabeliyində olan texnoparkların rezidentlərinin qlobal bazara çıxışı təmin olunacaq.
Agentlikdən verilən məlumata görə, qarşıda qoyulan bu məqsədin həyata keçirilməsində Agentliyin Elmi Parklar və İnnovasiyalar Assosiasiyasına (IASP) tam üzvlük əldə edilməsi müstəsna rol oynayacaq. Belə ki, Agentlik IASP sertifikatını əldə edib.
İnnovasiyalar Agentliyinin IASP kimi beynəlxalq assosiasiyanın tam üzvünə çevrilməkdə məqsədi, həmçinin qurumun bütün üzvləri ilə kommunikasiyanın və innovasiyalar sahəsində çalışan biznes qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.
IASP tərəfindən keçirilən təcrübə mübadilə konfranslarında, eyni zamanda innovasiyalar sahəsində yeniliklərə və trendlərə həsr olunan tədbirlərdə iştirak, Azərbaycanda innovasiya ekoisteminin inkişafına təkan verəcək.
Qeyd edək ki, hazırda IASP təşkilatında 77 ölkədən, 350 üzv və 115 mindən çox şirkət təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












