Elektrikli avtomobil sahiblərinə şad xəbər – MÜQAVİLƏ İMZALANIB
“SOCAR PETROLEUM” QSC CZAR şirkəti ilə birlikdə Azərbaycanda elektrik nəqliyyat infrastrukturunu inkişaf etdirəcəklər
Ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR PETROLEUM” QSC, ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı və təşviqi sahəsində ixtisaslaşan Sinqapurun CZAR şirkəti ilə Azərbaycanda elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun inkişafında əməkdaşlıq haqqında müqavilə imzaladılar.
QSC-nin yaydığı məlumatda bildirilir ki, bu müqavilə 2021-ci ilin birinci yarısı ərzində bütün SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün şarj avadanlıqlarının quraşdırılmasını əhatə edəcəkdir.
Həmçinin “SOCAR PETROLEUM” QSC və CZAR şirkəti arasındakı əməkdaşlıq çərçivəsində xüsusi seçilmiş SOCAR yanacaqdoldurma məntəqələrində elektrikli nəqliyyat vasitələri üçün servis mərkəzləri yaradılacaqdır. Beləliklə, bu müqavilənin həyata keçirilməsi nəticəsində SOCAR brendli bütün yanacaqdoldurma məntəqələrini elektrikli nəqliyyat vasitələri də daxil olmaqla bütün növ nəqliyyat vasitələri istifadəçilərinin ehtiyaclarını ödəməyə hazır olan multi-yanacaqlı yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevirmək istiqamətində atılacaq daha bir vacib addımdır.
Elektrikli nəqliyyat infrastrukturunun inkişafı sahəsində yaranan əməkdaşlıq, elektrikli nəqliyyat vasitələrinə olan tələbatı artıracaq müvafiq bir istismar mühiti yaratmağı hədəfləyir. Bu baxımdan “SOCAR PETROLEUM” QSC və CZAR şirkəti bu müqavilənin həyata keçirilməsini Azərbaycanda elektrik nəqliyyat bazarını inkişaf etdirən və böyük sosial əhəmiyyətə və iqtisadi perspektivlərə malik bir layihə kimi qiymətləndirir. İnkişaf etmiş bu kimi infrastruktur, elektrikli nəqliyyatın istifadəsi, fərdi və korporativ istifadəçilərin əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Bu layihənin ekoloji komponentini xüsusilə vurğulamaq vacibdir. Çünki elektrikli nəqliyyat vasitələri daxili yanma mühərrikli avtomobillərdən fərqli olaraq zəhərli istixana qazları buraxmırlar ki, bu da atmosferə atılan zərərli tullantıların azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəkdir.
“SOCAR PETROLEUM” QSC 36 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət avtomobil yanacağı və neft məhsullarının satışı şəbəkəsinə sahibdir. CNG-nin mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. SOCAR PETROLEUM QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin istək və ehtiyaclarını təmin etməkdir. CZAR International PTE LTD, nəqliyyat sektorunda və kənd təsərrüfatında ekoloji cəhətdən təmiz texnologiyaların və həllərin inkişafı, tətbiqi və təşviqi ilə məşğul olan Sinqapur mərkəzli bir şirkətdir. Şirkət rəhbərliyi bu seqmenti iqtisadi və ekoloji baxımdan son dərəcə perspektivli hesab edərək, Azərbaycanda elektrikli nəqliyyat vasitələrinin tətbiqinə yönəlmişdir.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
