Azərbaycanın turizm sektorunda tənəzzül davam edir - SON MƏLUMAT
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-noyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 23,7 faizi Gürcüstan, 19,5 faizi Türkiyə, 8,9 faizi İran, 2,1 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, hər birindən 0,5 faiz olmaqla Almaniya və İsrail, 5,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-noyabr aylarında Çindən gələnlərin sayı 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 7,2 dəfə, Omandan və Kanadadan - 7,1 dəfə, ABŞ-dan - 7,0 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan və Qətərdən - 5,7 dəfə, Niderlanddan və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,9 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,5 dəfə azalaraq 1135,0 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə, 8,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalmışdır.
2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
13 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
13 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
13 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)











