Çinə beynəlxalq komissiya göndərilir
Yanvarın ilk həftəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə beynəlxalq komissiya göndərmək niyyətindədir.
Komissiyanın məqsədi COVID-19 pandemiyasına səbəb olan virusun mənşəyini araşdırmaqdır.
Missiyanın tərkibi müxtəlif ölkələrdən olan 12-15 ekspertdən ibarət olacaq. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.
Danimarkanın nümayəndəsi Tea Fişer “Röyter” agentliyinə müsahibəsində bildirib ki, ezamiyyət ölkəyə girişdən sonra iki həftəlik məcburi təcridedilmə də daxil olmaqla altı həftə davam edəcək. Onun sözlərinə görə, əgər Çinli həmkarları toplanmış materialların təhlilini onların gəlişinə kimi başa çatdırsalar, komissiya dərhal araşdırmanın ikinci mərhələsinə başlaya bilər.
Lakin əvvəllər, virusun yayılmağa başaladığı ilk vaxtlarda Çini hökumətini əsl fəlakətin miqyasını ört-basdır etməkdə ittiham edən ABŞ birinci mərhələni Çin nümayəndələrinə etibar etdiyinə görə ÜST-i tənqid edib. Maksimum şəffaf araşdırmalara çağıran Vaşinqton hesab edir ki, beynəlxalq nəzarətin bütün mərhələlərdə aparılması zəruridir.
Uxan şəhərində mənşəyi bilinməyən sətəlcəmin peyda olması barədə Çin hakimiyyət orqanları ÜST-ə ötən ilin 31 dekabr tarixində məlumat verib. O zaman yeni virus növünün yayılmasının episentri sayılan ərzaq bazarı dərhal bağlanmışdı.
May ayında bir sıra ölkələrin səhiyyə nazirləri ÜST-i virusun mənşəyini, eləcə də onun Çinin hüdudlarını belə tez aşmasının səbəblərini araşdırmağa çağırıb.
ÜST nümayəndələrinin bildirdiyinə görə, təşkilat son aylar ərzində Çin tərəfi ilə komissiyanın iş şərtlərini və onların ciddi məhdudiyyətlər şəraitində ölkədə yerdəyişməsinin təfərrüatlarını razılaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
20 d. əvvəl
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
-
-
32 d. əvvəl
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İran: Hörmüz boğazı 2 həftə açıq olacaq
Qızılın qiyməti atəşkəs xəbərləri ilə yüksəlir
Neft 2 həftəlik atəşkəs qərarı ilə kəskin ucuzlaşdı
Trampın “işlək əsas” kimi qəbul etdiyi İranın şərtləri məlum oldu
Ən çox oxunanlar
Tramp İranla 2 həftəlik atəşkəsi qəbul etdiyini açıqladı
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib






















