“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
EUR/USD məzənnəsi keçən heftə ərzində 1.09$ ətrafında ticarət olunub. Təhlillərə görə, qiymət yenidən 1.0820$-a kimi ucuzlaşarsa və bu səviyyənin altında qalarsa, 1.0718$-a kimi də ucuzlaşa bilər. Bu həftə isə məzənnəyə təsiri baxımından Fransada keçiriləcək prezident seçkisinin yekun mərhələsi və Avropa Mərkəzi Bankının siyasəti fonunda gözləntilər, Amerikanın əmək bazarında son vəziyyət və hökümətinin yeni vergi islahatı ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaqdır.
GBP
Böyük Britaniya funt sterlinqin qiyməti müəyyən korreksiyadan sonra yenidən 1.29$-a kimi bahalaşıb. Böyük Britaniyanın hökümətinin Avropa Birliyi ilə bağlı siyasi kursunun müəyyən olunması funtun qiymətinə olan inamı artırır. Ölkədə inflyasiya və işsizlik kimi digər iqtisadi göstəricilərin də son 3 ilin ən yaxşı səviyyəyə kimi yüksəlməsi, funta dəstək olan amillərdəndir və növbəti artım hədəfinin 1.3050$ olacağını deməyə əsas verir.
TRY
Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının siyasətini daha da sərtləşdirməsi və digər amillər türk lirəsinin bahalaşmasına, dolların isə cari ilin minimum səviyyəsinə kimi ucuzlaşmasına səbəb olmuşdur. Artıq 3.54TL-ə kimi bahalaşan Türk lirəsi 3.51TL-ə kimi də dəyər qazana bilər.
OIL
Enerji bazarlarında isə bazarlarda təklifin yenidən artması ilə neft qiymətlərinin 50$-a kimi ucuzlaşmasının şahidi oluruq. Lakin növbəti günlərdə neft ölkələrinin ixracın məhdudlaşdırılması razılaşmasının ilin sonun kimi uzadılması danışıqları qiymətlərin yenidən 54$-a kimi bahalaşmasına təsir edə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti 1260$-a (40.4$/qram) kimi ucuzlaşıb və cari həftə ərzində də qiymət bu səviyyənin altında qalarsa, əlavə olaraq 1246$-a (40.0$/qram) kimi də ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
9 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 19 saat əvvəl
-
23 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
