İndiyədək 407 min nəfərdən artıq fermerə subsidiya ödənilib
Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən müraciətlərə əsasən verilməyə başlandığı 2020-ci il ərzində dövlət 407 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödəyib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, əkin subsidiyası 1.3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib. 38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb.
Ötən müddət ərzində 37 807 fermerin Fermer Kartına 6 643 700 manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66 437 buzova görə verilib.
22 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb.
4 955 kümçüyə 2.2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.
Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5.5 milyon manat subsidiya məbləği hesablanıb.
Qeyd edək ki, hazırda 2020-ci ilin payızlaq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
13 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
18 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 30 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















