İş adamı Şamil Heydərov və “Altis Group of Companies”in təsisçisi Kamal Heydərov “YAŞAT” Fonduna ianə köçürdülər
“Çin Karqo” şirkətinin rəhbəri, iş adamı Şamil Heydərov və “Altis Group of Companies” MMC-nin təsisçisi, oğlu Kamal Heydərov ilə birlikdə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə köçürüblər.
Hər biri ayrılıqda 25.000 (iyirimi beş min) manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat “YAŞAT” fonduna ianə ediblər.
Kamal Heydərov bildirib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, peşəsindən asılı olmayaraq hazırda hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza, şəhidlərimizin ailələrinə, döyüşdə yaralananlara və onların yaxınlarına dəstək olmaq bizim üçün böyük şərəfdir.”
Eyni zamanda “Altis” Şirkətlər Qrupunun bir neçə əməkdaşı da torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına qoşulub. Qismən səfərbərlik elanı ilə əlaqədar və könüllü döyüş bölgəsinə yollanmış hər bir şirkət əməkdaşının iş yeri və əməkhaqqısı tam saxlanılıb, onların ailə üzvlərinə yardım edilib.
Xatırladaq ki, iş adamları Şamil Heydərov və Kamal Heydərov bu ilin mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 (yüz min) manat, sentyabr ayında isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 (yüz min) manat məbləğində ianə köçürüblər.
Qeyd edək ki, 08 Dekabr 2020-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb. Fond sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

























