"Veysəloğlu" Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürüb
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürübVeysəloğlu Şirkətlər Qrupu Qarabağ müharibəsindən zərər çəkmiş ailələrə dəstəyini davam etdirir.
Şirkətlər Qrupu və ona daxil “Veysəloğlu MMC”, “ARAZ” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “ULDUZ” şokolad fabriki tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna yardım məqsədilə 1 milyon manat vəsait ianə edilib.
Xatırladaq ki, Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib və bir çox dəstək layihələri həyata keçirib.
Belə ki, Qrupa daxil olan şirkətlər tərəfindən müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsi və digər məqsədlər üçün yüzlərlə avtomobil şinləri, taxta paletlər, eyni zamanda hərbi səfərbərlik şəraitində istifadə edilməsi üçün onlarla nəqliyyat vasitəsi hərbi hissələrə və müvafiq dövlət strukturlarına təhvil verilib.
Şirkətlər Qrupu müharibədə zərərçəkmiş ailələrə dəstək vermək məqsədilə Ağcabədi və Bərdə rayonlarında təmas xəttində yaşayan mindən artıq ailəyə humanitar yardım göstərib.
Bundan öncə Şirkətlər Qrupu tərəfindən ordumuza dəstək çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürülüb.
Veysəloğlu Şirkətlər Qrupu ayrıca olaraq korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 637 əməkdaşı Qarabağ uğrunda 2-ci Vətən müharibəsində iştirak edib. Onlardan 12 nəfəri torpaqlarımızın azad olunması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olub, 1 nəfər itkin düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib






























