Pomidor ixracının dayanması yerli bazarda qiymətə təsir edib
Dekabrın 10-dan Rusiyanın birtərəfli qaydada Azərbaycandan pomidor alışına qadağa qoyması yerli istehsalçıları çətin vəziyyətə qoyub. İndi onlar anbara işləyirlər və ixracatın nə zaman bərpa ediləcəyini bilmirlər.
Soyuqların düşməsi ilə ixracatın fəallaşması nəticəsində yerli bazarda pomidorun 1 kiloqramının qiyməti 2 manat 50 qəpiyə qalxmışdı.
Sərt məhdudiyyətin qoyulması nəticəsində indi pərakəndə satışda qiymət 1 manata düşüb.
Xəbər verdiyimiz kimi, Rusiya qurumu Rosselxoznadzor Dekabrın 10-dan Azərbaycandan pomidor və almanın Rusiyaya idxalına qadağa qoyub. Guya qərar fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisində zərərvericilərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədi daşıyır.
"Fitosanitar rifahı qorumaq, zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























