Embawood şirkəti “YAŞAT” Fonduna 100.000 manat vəsait köçürdü
Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat ianə etmiş Embawood şirkəti “YAŞAT” fonduna 100 min manat köçürdü.(®️) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının 27 sentyabr tarixində torpaqlarımızın düşmən işğalından azad olunması əmrini Azərbaycan ordusu 44 gündə inamlı qələbə ilə yerinə yetirdi. Əsgər və Zabitlərimiz görünməyən şücaət, qəhramanlıq, igidlık göstərərək öz canları və qanları bahasına torpaqları işğaldan azad edərək tarix yazdılar. Azərbaycan xalqı bu tarixi öz qəlbində uca tutacaq və hörmətlə anaraq yaşadacaqdır.
Azərbaycan respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralanan və şəhid ailələrinin təminatına dəstək olaraq Prezident İlham Əliyevin 08 Dekabr 2020 tarixli fərmanı ilə“YAŞAT” fondu yaradıldı.
Embawood şirkəti Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 200 000 manat ianə etmişdir.
Embawood şirkəti öz mövqeyinə sadiq qalaraq “YAŞAT” fonduna 100 000 manat ianə edərək öz həmrəyliyini bildirib.
Əminik ki, göstərilən hər bir dəstək bizi Azərbaycan Respublikasının Prezidenti və Dövləti ətrafinda birləşdirərək daha da möhkəm edəcək və üç rəngli bayrağımızı qürurla dalğalandıracaqdır.
QARABAĞ – AZƏRBAYCANDIR!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























