Bugünədək Azərbaycanda 838 min hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.
Dekabrın 12-dək proqnozlaşdırılan əkin sahələrinin 91,6 faizində faktiki şum aparılıb, 838364,7 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 525386,5 hektar sahədə buğda, 312978,2 hektar sahədə arpa səpilib.
Artıq 27 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 20 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.
Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu







.jpg)












