Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında müsabiqə elan olunur
Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər və jurnalistlər üçün müsabiqə gözlənilir(®️) Dekabrın 14-19-da Azərbaycanda növbəti “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə onlayn şəkildə baş tutacaq.
Həftə çərçivəsində Azercell şirkətinin dəstəyilə jurnalistlər arasında “InnoWeek-İnnovasiyalar həftəsi 2020”-yə həsr olunmuş müsabiqə elan olunur: “InnoWeek-İnnovasiyalar həftəsi 2020” haqqında “Ən yaxşı veriliş”, “Ən yaxşı televiziya süjeti” və “Ən yaxşı məqalə” hazırlayan media nümayəndələri mükafatlandırılacaq. Bir müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.
Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və video materiallar 25 dekabr tarixinədək yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçtuna göndərilməlidir. Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif barədə anket məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) da təqdim olunmalıdır.
Nominasiyalar üzrə qəbul olunmuş materialları münsiflər heyəti dəyərləndiriləcək, nəticələr 29 dekabr tarixində açıqlanacaq. Qaliblər Azercell tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























