Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

KOBİA Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi ilə əməkdaşlıq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
KOBİA Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi ilə əməkdaşlıq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan  bildirilib ki, agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu tərəfindən imzalanmış sənəddə qarşılıqlı investisiya qoyuluşu və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq təşkilatlar və qurumlar arasında danışıqların aparılmasına dəstəyin göstərilməsi, informasiya və qabaqcıl təcrübə mübadiləsi, investisiya fəaliyyəti sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Qeyd edək ki, imzalanma dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi çərçivəsində baş tutub.

11.12.2020 15:52

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18