“Ziraat Bank Azərbaycan” ilə Sabahın Sahibkalarına dəstək davam edir
(®️) “Ziraat Bank Azərbaycan” missiyasını Özünüməşğulluq Proqramı vasitəsiylə davam etdirərək bir çox vətəndaşa öz biznes arzusunu həyata keçirməsində dəstək vermişdir. Bank tərəfindən Özünüməşğulluğa cəlb edilən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid daha 4 sahibkara lazımi avadanlıqlar təhvil verilmişdir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən Özünüməşğulluq proqramında əhalinin həssas kateqoriyalarının öz ailə bizneslərini qurmalarına dəstək verilir. “Ziraat Bank Azərbaycan” ASC-nin də yaxından iştirak etdiyi bu program vasitəsiylə sözügedən şəxslər sabahın sahibkarları olaraq Azərbaycan iqtisadiyyatına öz töhfələrini verəcəkdir.
Bank tərəfindən bu günədək Bakı, Sumqayıt, Salyan, Mingəçevir və digər ərazilərdə yaşayan vətəndaşlara öz işlərinin qurulmasında dəstək göstərilmişdir.
Əlavə olaraq, “Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində yeni fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərlərində olmaqla 5 filialı mövcuddur. Buna əlavə, Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 15 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























