Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulub
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq, 26 km uzunluğunda olan avtomobil yolunun yenidən qurulmasını yekunlaşdırıb.
Agentlikdən verilən məlumata görə, yol IV texniki dərəcəyə uyğun (6 m hərəkət hissə, 2x2 m çiyin hissələr) yenidən qurulub.
Tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb, qazılmış hissələrinin doldurulub, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Bunun üçün müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Bunun ardınca 200 min kv.m sahəni əhatə edən 20 sm qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 sm qalınlıqda qım-çınqıl qarışığından isə əsasın üst layı tikilib.
Bundan başqa tikinti norma və standartlarına uyğun olaraq, iri (7 sm) və xırda (5 sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Asfaltlanma işləri yolun 170 min kv.m-dən çox sahəsini əhatə edib.
Marşrut boyu 6 yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.
Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu 5 yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 d. əvvəl
- 39 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu









.jpg)











