Daha 40 avtomobili müharibə əlillərinə təqdim edildi
Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 7000-dən çox avtomobil verilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün “Xəzər” markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbiri keçirilib.
Tədbirdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə isə Nazirlik ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanları 7000-dən çox minik avtomobili ilə təmin edib.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı işlərindən də bəhs edilib. Qeyd olunub ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1050-dən çoxu verilib.
Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev verilib. Bu tədbirlər bir daha göstərir ki, Vətən naminə döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi daim diqqət mərkəzindədir və onların rifahı üçün bütün dəstək tədbirləri görülür.
Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçımıza minnətdarlıqlarını ifadə ediblər.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 d. əvvəl
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)











