Neft hasilatına dair razılaşma imzalana bilər
Bir neçə gün davam edən gərgin müzakirələrdən sonra mühüm ziddiyyətlərin üzə çıxdığı OPEC+ qrupu hasilat həcmini 2021-ci ilin yanvar ayında artırmağı nəzərdə tutan güzəştli razılaşma imzalamağa yaxınlaşıb.
“Bloombergguint” xəbər verir ki, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının iştirakçılarından birinin dediyinə görə, Səudiyyə Ərəbistanı və Rusiya arasında hazırlanan güzəştli plan qalan iştirakçı ölkələr tərəfindən də təməl kimi qəbul oluna bilər.
Əsas müzakirələrin hasilat həcminə dair məhdudiyyətləri tədricən yumşaltmağa yönəldiyi, hasilatın mövcud ixtisar səviyyəsinin uzadılmasına diqqət yetirilmədiyi də qeyd olunur.
Bu təkliflər OPEC+ formatının iştirakçısı olan bütün ölkələr tərəfindən qəbul edilsə, 12 aprel tarixində imzalanmış mövcud razılaşmaya dəyişikliklər gətiriləcək. Mənbələrə görə, 1 yanvar tarixindən gündəlik neft tədarükü 1,9 milyon barel artırılacaq. Lakin sonrakı dövrdə də bu miqdarın saxlanıb-saxlanılmayacağı hələlik bilinmir.
Sonradan Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ziddiyyətlər üzündən Komitənin iclası dekabr ayının 1-dən 3-nə keçirilib.
Razılaşmanın yeni variantında da gələn ilin birinci rübü ərzində neft bazarındakı qıtlığın davam edəcəyi gözlənilir. Odur ki, OPEC artıq yığılmış ifrat həcmdəki ehtiyatlarını tədricən satıb qurtara biləcək. Hesablamalara görə, yanvarın 1-dən hasilat həcmi 1,9 milyon barel artırılaraq həmin səviyyədə saxlanılsa, bazarda profisit yaranar.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






