“Ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var"
"Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün Azərbaycanda koronavirusla bağlı mütləq sərt tədbirlərə əl atmalıyıq”“Ciddi qərarların qəbuluna ehtiyac var”.
Bunu bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O qeyd edib ki, insanların bir yerə toplaşmaması üçün çalışmaq lazımdır: “Nə qədər sərt tədbirlər görsək, nəticə əldə ediləcək. Azərbaycanda mütləq sərt tədbirlərə əl atmalıyıq. Bu olmazsa, xəstəxanalarda yer qalmayacaq. Türkiyə kimi səhiyyəsi güclü ölkədə artıq xəstələri yerləşdirməyə yer tapılmır. Sərt tədbirlər tətbiq edilmədən Azərbaycanda da nəticə belə olacaq. Sərt tədbirlər tətbiq ediləndən sonra virusu kontrol altına almaq lazımdır”.
Professor Adil Allahverdiyev əlavə edib: “Elə məqam gəlib çatıb ki, sərt addımlar atılmalıdır. Belə olmasa koronavirus ilə bağlı çətin vəziyyət yaranacaq. Heç olmasa 2 həftəlik bir mərhələ olmalıdır. Dünyanın bütün ölkələrində sərtləşdirmə baş verir”.
“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.
Bunu brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.
O bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir: “Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.
“İnsanlar maska, sosial məsafə və gigiyena qaydalarına diqqət etmirlər"
Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib ki, “Səhiyyə sistemimiz bu gün dünyada hazırlanan COVID-19 peyvəndlərini yaxından izləyir”.
“Bu gün bizim əlimizdə 3 əsas element var - maska, sosial məsafə və gigiyena qaydaları. Xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir. Bütün fəsadların baş verməməsi üçün profilaktik tədbirləri həyata keçirməliyik. Profilaktik təbabət ən doğru təbabətdir. Xəstələnmənin qarşısını almaq lazımdır. Xəstələnəndə artıq iş ağırlaşır. Bu gün Azərbaycanda bu 3 elementə diqqət edilmir. Müharibə başlayandan sonra insanlarımızın vətənpərvər ruhlu olması, virusa qarşı qorunmanı aşağı saldı, immun sistemimiz zəiflədi. Hazırda koronavirusa sutkalıq yoluxma sayı 4000-i keçib, ölüm sayında da artım var. Yoluxma sayı artdıqca, ölüm sayı da artır. Bu gün xəstəlik daşıyıcıları 20 yaşına qədər olan şəxslərdir. Onların çoxu xəstəliyi asimptomatik keçirir və xəstəliyi yayır. 20 yaşdan aşağı olanlar bilməlidir ki, onlar bu gün ölüm daşıyıcılarıdır. Bu qədər insanlar ölür. İndi hər kəsin ətrafında xəstələr var. 20 yaşdan aşağı olan şəxslərə müraciət edirəm, ailənizin yaşamasını istəyirsinizsə, profilaktik tədbirləri diqqətə alın”, - deyə professor vurğulayıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























