Fond Babək prospektindəki yaşayış kompleksindən 142 mənzil alır
İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) tərəfindən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində bugünədək 380 mənzil rəsmiləşdirilərək vətəndaşlara təhvil verib.
Marja Fondun yaydığı məlumata istinadən xəbər verir ki, hazırda Fondun balansında 983 kirayə mənzil var.
Yaxın zamanda mənzil fonduna əlavə 194 yeni mənzil əlavə olunacaq. Yeni mənzillərin 52-si 9-cu mikrorayon ərazisində yerləşən kompleksdən, 142-si Babək prospektindəki yaşayış kompleksindən təklif olunacaq.
Qeyd edək ki, 1 sentyabr 2020-ci il tarixinə 336 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi rəsmiləşdirilmişdi.
16 mart 2020-ci il tarixində Azərbaycanda ilk dəfə olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun razılıq qərarını alaraq mənzil seçimi etmiş ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















